Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır

Sabah Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək.

Bu barədə İsrailin “Kan” nəşri məlumat yayıb.

Görüşdə Təl-Əviv Suriya sərhədi yaxınlığında İsrail üçün təhlükə yaradan silahlı birləşmələrin çıxarılması, eləcə də  Suriya ərazisində strateji silahların yerləşdirilməmsi məsələsini müzakirə etmək istəyir.

Qeyd edək ki, bir müddət öncə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılmışdı.

Lakin bu səfər regionda, xüsusilə Qəzza zolağında genişlənən hərbi əməliyyatlarla əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınıb.

Xatırladaq ki, aprelin 9-da da Azərbaycanda Türkiyə və İsrail arasında görüş baş tutub

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.