Müğənni Nigar Rəhimovanın “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsinin təfərrüatı məlum olub.
AzPost Oxu.Az-a istinadən bildirir ki, N.Rəhimova 44 günlük müharibə zamanı Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji Mərkəzinin mahnı və rəqs ansamblında çalışıb.
Həmin vaxt ansambl cəbhə bölgəsinə, yəni döyüşlərin getdiyi ərazilərə rəsmi olaraq ezam edilib. Kollektiv şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə dəstək olmaq üçün çıxışlar edib ki, bu da mənəvi-psixoloji təminatın bir növüdür.
Vətən müharibəsi bitəndən sonra isə digər müharibə iştirakçıları kimi, N.Rəhimova da kollektivin digər üzvləri ilə birlikdə müharibə dövründəki fəaliyyətini əks etdirən müvafiq sənədlərini aidiyyəti quruma təqdim edib və Nazirlər Kabinetinin 216 nömrəli qərarına əsasən, onlara veteranlıq verilməsi ilə bağlı sərəncam imzalanıb.