Anar Məmmədlinin məhkəməsinin vaxtı məlum olub

Anar Məmmədlinin məhkəməsi başlayır
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin cinayət işi üzrə istintaq yekunlaşıb, iş baxılıması üçün məhkəməyə göndərilib.
Bu barədə müdafiə tərəfi məlumat verib.
Məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatına verilib və məhkəmənin hazırlıq iclası mayın 26-na təyin olunub.
A.Məmmədli ötən il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.