Dördüncü kurs tələbəsi faciəli şəkildə öldü

Əşrəf Mirzəyev
Əşrəf Mirzəyev

Dördüncü kurs tələbəsi faciəli şəkildə öldü

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi Əşrəf Mirzəyev ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Ə.Mirzəyev yol-nəqliyyat hadisəsində həyatını itirib:
“Çox ağıllı, mədəni, mehriban insan idi. Bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən atasını da itirmişdi. Universiteti bitirib iyul ayında əsgər gedəcək, qayıdıb işləyəcək, ailə başçısı kimi anasına, bacılarına dəstək olacaqdı. Xəyalları, arzuları yarımçıq qaldı”, – deyə o paylaşımında bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.