Daily Mirror xəbər verir ki, Fransada sevgilisi ilə birlikdə evi qarət etməyə cəhd edən, sonra ev sahibini öldürən və qalıqlarını qazanda bişirən aşpaz mühakimə olunacaq.
AzPost xəbər verir ki, nəşrin qeyd etdiyi kimi, müttəhimlər kürsüsündə 69 yaşlı Filip Şnayder və 43 yaşlı Natali Kabubassi olub. İstintaqın məlumatına görə, onlar 2023-cü ildə meşəlik ərazidə yerləşən qonşusunun evini qarət etməyə cəhd ediblər.
Oğurluqdan sonra Şnayder və Kabubassi kişini tikə-tikə doğrayıb, qalıqlarının bir hissəsini qazanda qaynadıblar. Qalan qalıqları yandırıblar və külünü müxtəlif ərazilərə səpələyiblər.
Məhkəmə iclasları zamanı əvvəllər Sen-Sernin-sur-Rans kommunasında pizzacı olan Şnayder günahını tamamilə etiraf edib.