Bakı məktəbinin direktoru vəzifəsindən niyə uzaqlaşdırılıb?- Səbəb açıqlandı

Mehriban Ələkbərova
Mehriban Ələkbərova

Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova işindən azad olunub. Bu barədə əvvəlcədən məlumat paylaşmışdıq.

AzPost xəbər verir ki, direktorun vəzifəsindən kənarlaşdırılmasının səbəbi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun rəhbəri Bəşarət Məmmədov Metbuat.az-ın sorğusunu cavablandırıb.

Qurum rəsmisinin sözlərinə görə, 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova səhhətində yaranan problemlə əlaqədar xəstəlik vərəqəsi təqdim edərək işə çıxmayıb. Məhz bu səbəbdən, məktəb rəhbərliyinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından birinə tapşırılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.