Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Azərbaycanda hibrid avtomobillərin sayı kəskin artdı

Orkhan Ali 22 May 2025 - 16:04 (Last updated: 22 May 2025 - 16:05)
avtomobil

Azərbaycanda hibrid mühərrikli avtomobillərə maraq sürətlə artır. AzPost xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı son məlumat bu tendensiyanı təsdiqləyir.

Rəsmi statistikaya əsasən, təkcə 2025-ci ilin aprel ayında ölkəyə 9 868 ədəd minik avtomobili gətirilib. Onların 43 faizini və ya 4 216-nı isə hibrid mühərrikli avtomobillər təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2.8 dəfə çoxdur.

Mütəxəssislər artımın səbəbini həm qiymətlərin aşağı düşməsi, həm də vergi və gömrük güzəştlərində görürlər. Avtomobil ticarəti ilə məşğul olan Eldar Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, hibrid avtomobillər ölkəyə daha sərfəli qiymətlərlə idxal olunur. Bununla yanaşı, bazarda idxalçıların sayının çoxalması qiymətlərin süni şəkildə qalxmasının qarşısını alır.

Qiymət endişi rəsmi rəqəmlərdə də əksini tapıb. Belə ki, 2024-cü ilin aprelində idxal olunan hibrid mühərrikli bir avtomobilin orta qiyməti 29 272 ABŞ dolları olduğu halda, 2025-ci ilin eyni ayında bu məbləğ 28.7 faiz azalaraq 20 875 dollara düşüb.

Ekspertlərin sözlərinə görə, qiymətlərin ucuzlaşmasının əsas səbəblərindən biri də hökumətin bu seqmentə tətbiq etdiyi güzəştlərdir. Belə ki, 2026-cı ilin yanvar ayının 1-dək istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azad edilib.

Bütün bunlar yaxın illərdə də hibrid avtomobillərin həm satış, həm də idxal göstəricilərinin daha da artacağını deməyə əsas verir.

AzPost.az

Post navigation

Previous: “Yenidən prezident seçilməkdə maraqlı deyiləm” –
Next: Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.