Vətəndaşlar ötən il ölkədə 50 milyard manat pul xərcləyiblər

2019-cu ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 50,7 milyard manat olmaqla 2018-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artıb.

Trend-in məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2018-ci ilin səviyyəsini real ifadədə 3,6 faiz üstələyərək 48,7 milyard manata bərabər olub, onun 49,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ilində istehlak bazarında bir istehlakçı orta hesabla ayda 426,2 manatlıq və ya 2018-ci illə müqayisədə 20,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir