Oxuyub-yazmağı bacarmayan şagirdlər- 9-cu sinfə qədər necə yüksəlib? - VİDEO

Məktəb
Məktəb

Bu il Dövlət İmtahan Mərkəzinin açıqladığı rəsmi statistika təhsil sistemində ciddi boşluqları bir daha üzə çıxarıb. Belə ki, 9-cu sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayan şəxslərin olduğu məlum olub.

Bu fakt DİM-in nəşr etdiyi “Abituriyent 12” jurnalında yer alıb. Jurnalda imtahan rəhbərlərinin protokollarına əsasən qeyd olunub ki, builki buraxılış imtahanlarında beş nəfər şagirdin savad səviyyəsi oxuyub-yazma bacarığı olmayan şəxs səviyyəsində qiymətləndirilib. Mütəxəssislər bu vəziyyəti həm sistemin, həm də yerli təhsil müəssisələrinin zəif nəzarətinin göstəricisi hesab edirlər.

Təhsil eksperti Rizvan Fikrətoğlu məsələyə münasibət bildirərək qeyd edib ki, bu kimi halların mövcud olması tədris prosesində formal yanaşmanın artdığını göstərir. Onun fikrincə, bu şagirdlərin illərlə sinifdən-sinfə keçməsi, müəllimlərin və məktəb rəhbərliyinin məsuliyyətini ciddi şəkildə gündəmə gətirir.

Daha düşündürücü sual budur: oxuma-yazma bilməyən bir şagird necə 9-cu sinfə qədər gəlib çıxıb? Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Dövlət Agentliyinə sorğu göndərilsə də, qurum bu barədə açıqlama verməkdən imtina edib.

Hazırda ictimaiyyət bu vəziyyətin araşdırılmasını və belə halların gələcəkdə qarşısının alınması üçün konkret mexanizmlərin tətbiqini tələb edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.