Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı
  • ÖZƏL

Telefonla edilən “sosial sorğu” zənglərinin arxasında nə dayanır?

Orkhan Ali 11 İyun 2025 - 10:18 (Last updated: 11 İyun 2025 - 15:19)
Telefon

Telefon

Son zamanlar Azərbaycanda və dünyada telefonla edilən fırıldaq zənglərinin yeni forması yayılıb. AzPost xəbər verir ki, dələduzlar özlərini sosial sorğuçular və ya tədqiqat mərkəzlərinin əməkdaşları kimi təqdim edərək vətəndaşlara zəng edir, onların səsini yazıb, gələcəkdə deepfake texnologiyası ilə sui-istifadə edirlər.

Mütəxəssislərin sözlərinə görə, belə fırıldaqçılar zəng zamanı insanları mümkün qədər uzun müddət telefon xəttində saxlamağa çalışırlar. Çünki səsin dəqiq klonlaşdırılması üçün fon səsləri və intonasiya dəyişikliyi olmadan ən azı 20-30 saniyəlik səs yazısı lazımdır.

Bu üsulla dələduzlar əldə etdikləri səsi sonradan deepfake texnologiyası vasitəsilə insanın adından müxtəlif mesajlar, səsli müraciətlər və ya hətta bank əməliyyatları üçün istifadə edə bilirlər. Xüsusilə, son illər səs və görüntü deepfake-lərinin birləşdirilməsi ilə həyata keçirilən dələduzluqlar texnoloji bilikləri olan şəxsləri belə çaşdırır.

İT təhlükəsizlik üzrə mütəxəssislər bildirir ki, telefonla edilən belə zənglərin məqsədi bəzən sadəcə şəxsi məlumatları öyrənmək deyil, həm də insanın səsini imitasiya etməklə onu sonradan başqa telefon zənglərinə və ya internetdə yayımlanan görüntülərə sinxronlaşdırmaqdır. Dələduzlar bu səsi müəyyən səhnələrə, video mesajlara və ya bank əməliyyat sistemlərinə yerləşdirə bilirlər.

Ekspertlər tövsiyə edir ki, tanımadığınız nömrədən gələn zəngdə sorğu və ya lotereya təklifi təqdim edilərsə, uzun müddət danışmaqdan çəkinin. Hər hansı tədqiqat və ya sorğu üçün səs yazısının toplanması qeyri-qanuni və etik qaydalara zidd hesab olunur.

Dələduzlar bəzən zənglərin inandırıcı olması üçün zəif mobil əlaqə, fon səsləri, nəqliyyat uğultusu və digər təsirlərdən də istifadə edirlər. Bu üsul səs yazısını daha real və “canlı” göstərir, həmçinin təhlükəsizlik sistemlərindən yayınmağa imkan yaradır.

Mütəxəssislər həmçinin qeyd edir ki, telefon zəngləri zamanı şəxsi məlumatlar, PIN kodlar, kart nömrələri və ya ailə üzvlərinə aid məlumatların paylaşılması qətiyyən məsləhət görülmür. Belə zənglər zamanı zəng edən şəxs istənilən rəsmi təşkilatı təmsil etdiyini iddia etsə belə, məlumat verməkdən imtina etmək və zəngi sonlandırmaq ən doğru addımdır.

Təhlükədən qorunmaq üçün zəng edənin identifikasiyası xidmətlərindən və mobil tətbiqlərdən istifadə etmək, şübhəli nömrələri bloklamaq tövsiyə olunur.

AzPost.az

Post navigation

Previous: Alyaskada Cənubi Koreyaya məxsus döyüş təyyarəsi yanıb
Next: Üç ildə 15 dəfə ərə gedən qadın həbs edildi

Oxşar xəbərlər

naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
ilham ceb01
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR / FOTO

User 06 Noyabr 2026 - 12:45

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.