Astarada 2 yaşlı uşaq su hovuzuna düşüb

Astarada bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.

Yaxınları azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və o, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti ağır qiymətləndirilən uşaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.