Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Günəşin heç vaxt görünməyən qütbü ilk dəfə görüntülənib

User 12 İyun 2025 - 09:46 (Last updated: 12 İyun 2025 - 11:44)
gunes

Günəşin cənub qütbü ilk dəfə unikal şəkillərlə görüntülənib.

“The Times” xəbər verir ki, tarixi fotolar Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın birgə layihəsi olan “Solar Orbiter” kosmik gəmisi tərəfindən Yerə göndərilib.

Günəşin qütb bölgələri indiyədək müşahidə olunmamışdı. Bu yeni missiya nəticəsində alimlər Günəşin səthindəki maqnit aktivliyinin nizamsız strukturunu xəritələşdirə biliblər. Mütəxəssislərə görə, bu aktivlik Günəşin maqnit sahəsinin hər 11 ildən bir dəyişməsinin əsas səbəblərindən biridir.

ESA-nın elm direktoru professor Karol Mandel bildirib ki, bu gün bəşəriyyət ilk dəfə Günəşin qütb bölgəsini gördü. 1,3 milyard dollarlıq “Solar Orbiter” kosmik gəmisi 2020-ci ildə orbitə buraxılıb. Bu ilin mart ayında cihaz Günəş ekvatorundan 15 dərəcə aşağıya enərək ilk yüksək bucaqlı müşahidələrini həyata keçirib və cənub qütbünün görüntülərini qeydə alıb.

Günəşin maqnit sahəsi Yer planeti kimi sabit deyil, təxminən hər 11 ildən bir qütbləri dəyişir. Hazırda Günəş bu dəyişiklik ərəfəsində ən yüksək aktivlik dövrü olan “Günəş maksimumu” mərhələsindədir. Bu dövrdə ləkələr, alovlanmalar və maqnit fırtınaları daha tez-tez baş verir.

AzPost.az

Post navigation

Previous: FHN-in 827 minlik avtomobil alışı baş tutmadı
Next: “Azərenerji”nin milyonluq tenderlərində davamlı qalib kimdir?

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.