Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Nəqliyyat-tranzit imkanları qlobal strateji-iqtisadi üstünlüyün əsas şərtidir

Orkhan Ali 20 İyun 2025 - 16:32 (Last updated: 20 İyun 2025 - 16:41)
Aqil Əsədov

Aqil Əsədov

Qlobal mühitdə mübarizənin əsas istiqamətlərindən birini əlverişli nəqliyyat-tranzit imkanları təşkil edir. Başqa sözlə desək, hansı ölkənin beynəlxalq bazarlara əlverişli çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal inteqrasiyasını intensivləşdirir və beynəlxalq tribunada söz sahibi olur. Təbii ki, mövcud potensial imkanlar, əlverişli coğrafi-strateji mövqe və həyata keçirilən siyasət, qəbul edilən qərarlar bir sistemlilik, komplekslilik təşkil etdikdə inkişafın lokomotivinə çevrilir. Bu mənada Prezident İlham Əliyevin uzaqgörənliklə ardıcıl şəkildə qəbul etdiyi qərarlar, uğurla həyata keçirilən layihə və proqramlar Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyindən irəli gələn potensial imkanları real üstünlüklərə çevirir. Məhz bunun nəticəsidir ki, Avropadan baxanda Asiyanın, Asiyadan baxanda Avropanın başlanğıcı kimi görünən Azərbaycan müasir Avrasiya məkanında mühüm nəqliyyat-tranzit qovşağı kimi aparıcı bir dövlətdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov bildirib ki, ölkəmizin qoşulduğu Şərq-Qərb, Şimal-Cənub, “Bir kəmər bir yol” və s. kimi mühüm beynəlxalq layihələr, bu layihələr çərçivəsində üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirməsi, paralel olaraq ölkə daxilində müasir infrastrukturun formalaşdırılması Azərbaycana uzunmüddətli və zəngin tranzit imkanları yaradıb. Prezident İlham Əliyevin “…bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil” fikirləri də qeyd edilənləri bir daha təsdiqləyir. Müxtəlif nəqliyyat layihələrinin özünəməxsus əhəmiyyəti olmaqla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Orta dəhliz  Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi bu gün həm də bir dəyər zəncirinə çevrilib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan Orta dəhlizə maraq daha da artıb.  29 yanvar 2025-ci il tarixində imzalanmış “Ankara bəyannaməsi” də qeyd edilənləri bir daha təsdiq edir. “Ankara Bəyannaməsi”ndə iqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşdırma, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulmaqla yanaşı, “Orta Dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış” da Bəyannamənin əsas bəndlərindən biridir.

Aqil Əsədovun sözlərinə görə, Azərbaycan, Türkiyə və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsi regional əməkdaşlıq, xüsusilə Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin gücləndirilməsi, çevik və səmərəli daşımaların təşkili istiqamətində mühüm mərhələdir. Həm də ona görə ki, Özbəkistanın Avropaya nəqliyyat və tranzit axınlarında iştirakı ölkənin potensialına uyğun deyil və inkişaf üçün geniş imkanlar mövcuddur. Bu imkanların reallaşmasında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi önəmli rol oynayacaq. Bu dəmir yolu Özbəkistanın potensial imkanlarını reallaşdırmağa dəstək göstərməklə yanaşı, Çin-Avropa arasında ticarət dövriyyəsinə də öz töhfəsini verəcək.

Aydındır ki, Avropa Mərkəzi Asiyada əsas oyunçulardan biri olaraq qalmaqla, Çin və Rusiyadan sonra Özbəkistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. 6000-dən çox Özbəkistan məhsulu Avropa İttifaqı bazarlarına rüsumsuz daxil ola bilər ki, bu da ticarət həcmini artıraraq daha səmərəli yük və logistika marşrutlarına tələbat yaradır. 2024-cü ildə Özbəkistanda beynəlxalq yük daşımalarının həcmi 60 milyon ton civarında olub. 2024-cü ilin sonuna Avropa ilə qarşılıqlı ticarət dövriyyəsi 6,4 milyard dollara çatıb ki, bunun da 1,7 milyard dollarını Özbəkistanın ixracı təşkil edib. Bütün bunlar beynəlxaq dəhlizlər üzərində daşınma intensivliyini daha da artıracaq. Nəzərə alsaq ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Çindən Avropaya daşınma məsafəsini 900 kilometrədək, daşınma müddətini isə 7-8 gün azaltmağa imkan verəcək, onda bu layihənin yük daşınma intensivliyinə təsiri aydın olar.

Məlumdur ki, Mərkəzi Asiya və Avropanı şimal marşrutu (Rusiya və Belarus Respublikası üzərindən), cənub marşrutu (İran üzərindən) və orta marşrut (Xəzər dənizi üzərindən) olmaqla üç nəqliyyat dəhlizi əlaqələndirir.

Şimal marşrutuna həm dəmir yolu, həm də avtomobil yolları daxildir. İnfrastruktur baxımından, digər marşrutlara nisbətən inkişaf etmiş olsa da, Rusiyaya tətbiq  edilən sanksiyalar, Rusiya-Ukrayna münaqişəsi səbəbindən bu dəhlizin funksionallığı məhduddur.

Mərkəzi Asiyadan Cənub Dəhlizi boyunca da yükdaşıma, təqribən, 1,8 milyon ton olmaqla, çox aşağıdır. Marşrut boyunca, ilk növbədə texniki problemlərə görə, eləcə də İran İslam Respublikasına qarşı sanksiyalar səbəbindən bu dəhliz də cəlbedici deyil. İsrail-İran münaqişəsi isə bu istiqamətin hələ uzun illər cəlbedici olmayacağını deməyə əsas verir.

Xəzər dənizi üzərindən keçən Orta dəhliz Şimal dəhlizindən 2000 kilometr qısadır və daha az daşınma müddəti tələb edir. Eyni zamanda, onun proqnozlaşdırılan yükgötürmə qabiliyyəti ildə 25 milyon ton həcmində qiymətləndirilir ki, bu da transxəzər marşrutu üzrə daşınmaların inkişafı üçün böyük perspektivlər vəd edir.

Bu mənada, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu yükdaşıma həcminin artması, Avropaya istiqamətlənən marşrutlar üzrə, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta dəhliz) üzrə daşınmaların intensivliyinin yüksəldilməsi baxımından diqqəti cəlb edir.

Regionda və dünyada baş verən proseslər, yaranmış hərbi-siyasi gərginliklər Xəzər dənizi üzərindən keçən istiqamətin daha etibarlı olmasını göstərir. Nəzərə alsaq ki, hərbi-siyasi münasibətlərin normallaşmasından sonra da hələ uzun illər tikinti-bərpa işlərinin aparılması zəruridir, onda belə nəticəyə gələ bilərik ki, Çin məhsullarının, eləcə də Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışı üçün ən əlverişli və təhlükəsiz marşrut Xəzər dənizi üzərindən keçməklə Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa istiqamətidir. Yaxın gələcəkdə isə Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsafəni qısalda, prosesləri daha da çevikləşdirə bilər ki, bu da marşrutun daha bir üstünlüyüdür.

Daha konkret ifadə etsək, mövcud geosiyasi durumda Orta Dəhliz Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında əsas ticarət yoludur. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun işə salınması isə Orta Dəhlizin əhəmiyyətini daha da  gücləndirəcək. Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatlarına görə, hal-hazırda Orta Dəhliz Çin və Avropa arasında ticarətin təxminən 10%-ni təşkil edir. Bu rəqəmin 2030-cu ilə qədər 20-25%-ə çatacağı proqnozlaşdırılır. Bütün bunlar isə daha yaxşı liman infrastrukturu, limanlara asan çıxış imkanı, dəhlizin fəaliyyətinin üzv dövlətlərlə birlikdə yaxından koordinasiyası, logistik qovşaqların qəbul etmə və yola salma imkanlarının genişləndirilməsi, dəhliz boyunca sərhəd buraxılış prosedurlarının uzlaşdırılması və sadələşdirilməsi, sərhəd buraxılış məntəqələrində çevikliyin təmin olunması kimi məsələlərin diqqətdə saxlanılmasını zəruri edir.

Aqil Əsədov

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri

AzPost.az

Post navigation

Previous: Azərbaycana ən çox və ən az idxal edilən məhsullar
Next: “Abzas Media” əməkdaşlarına hökm oxundu

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.