İyunun on doqquzunda tanınmış rusiyalı kikboksçu Roman Pyatnitsa dünyasını dəyişib.
AzPost xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı, peşəkar boksçu Qalina sosial şəbəkələrdə paylaşıb.
Roman Pyatnitsa 1996-cı ilin may ayının on üçündə Ulan-Ude şəhərində anadan olub. O, gənc yaşına baxmayaraq, idmanda ciddi nailiyyətlər qazanıb. Pyatnitsa kikboksinq üzrə Rusiya çempionu, Avropa çempionatının mükafatçısı və dünya kubokunun qalibi kimi tanınıb.
Onun ölümü ilə bağlı rəsmi açıqlama verilməyib. Qalina bildirib ki, baş verənlər haqqında hələ danışmağa hazır deyil, lakin yaxın günlərdə bu barədə ətraflı məlumat paylaşacaq.