Uranın zənginləşdirilməsini davam etdirəcəyik –İran XİN

“İran uranın dinc məqsədlər üçün zənginləşdirilməsindən imtina etmək niyyətində deyil”.

Bunu “ARD” telekanalının efirində bu ölkənin xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib.

O, həmçinin, bildirib ki, ölkəsi “Nüvə Silahının Yayılmaması üzrə Müqavilə”dəki öhdəliklərinə əməl edəcək.

Nazir müavininin sözlərinə görə, digər dövlətlər rəsmi Tehranın bu hüququnu məhdudlaşdıra bilməz:

“Biz “Nüvə Silahının Yayılmaması üzrə Müqavilə”nin xoşməramlı iştirakçısıyıq. Bu səbəbdən də ölkəmizin rifahı naminə uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdiririk. Öhdəliklərimizə əməl etdiyimiz müddətdə bizim bu hüququmuzu heç kim məhdudlaşdıra bilməz”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.