Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranın 400 kiloqram uran ehtiyatı “itkin” düşüb

Orkhan Ali 23 İyun 2025 - 15:33 (Last updated: 23 İyun 2025 - 15:33)
İran nüvə

İran nüvə

İranın nüvə proqramı ilə bağlı narahatlıqlar yenidən alovlanıb. AzPost xəbər verir ki, ABŞ-ın Middlebury Beynəlxalq Tədqiqatlar İnstitutunun Nüvə Tədqiqatlar Mərkəzi İranın zənginləşdirilmiş uran ehtiyatları və yeraltı nüvə obyektləri ilə bağlı ciddi xəbərdarlıq yayıb.

Məlumata görə, İran hələ də 400 kiloqram 60 faizlik zənginləşdirilmiş uran saxlayır və bu materialın hazırda harada yerləşdiyi dəqiq bilinmir. Bu isə beynəlxalq müşahidəçilər üçün təhlükənin real olduğunu göstərir.

Tədqiqatçılar bildirirlər ki, İsraillə gərginliyin artdığı bir dövrdə belə, İsfahanda yerləşən yeraltı komplekslərə zərbələr ya endirilməyib, ya da minimal təsir göstərilib. Ehtimallar göstərir ki, bu kompleksdə müəyyən qədər uran ehtiyatı saxlanılır.

Bundan əlavə, İranın Natanz şəhəri yaxınlığında 10 min kvadratmetrlik yeni yeraltı nüvə obyektinə malik olduğu, bu sahənin də hədəf alınmadığı qeyd olunur. Bu obyektin dərinliyi və mühafizə səviyyəsi ilə hətta Fordu nüvə obyektindən belə daha təhlükəli olduğu ehtimal edilir.

Hesabatda daha iki qeyri-rəsmi, gizli zənginləşdirmə sahəsinin də ölkə daxilində mövcud ola biləcəyi və istənilən anda sürətli təchizatla nüvə silahı istehsalına uyğunlaşdırıla biləcəyi vurğulanır.

Ekspertlər bildirirlər ki, hazırda İranın əlindəki 400 kq yüksək zənginləşdirilmiş uranı (HEU) sadəcə iki ay ərzində silah səviyyəsinə (90%) çatdırmaq mümkündür. Əgər bu proses davam etsə, İran beş ay ərzində nüvə bombası hazırlaya bilər.

Tədqiqat mərkəzi həmçinin qeyd edir ki, bu ehtiyatların gizlədilməsi və strateji obyektlərin dərin yeraltı məkanlarda yerləşməsi İranın nüvə proqramına nəzarəti daha da çətinləşdirib.

AzPost.az

Post navigation

Previous: “Banklar zərərlə işləyirdi…” –
Next: İsrail müharibəni dayandırır

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.