Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnternational ” ASC yarım milyona yaxın vergi borcu yaranıb.
Valyuta.az xəbər verir ki, hal-hazırda “İnternational” ASC-nin vergi borcu 477 min 703 manat təşkil edir.
Qanuni təmsilçisi Nicat Həsənov Vaqif oğlu olan bu təşkilat 2013-cü ilin yanvarın 26-da dövlət qeydiyyatına alınıb.
Səhmlərinin 100%-nin Rifat Həsənova aid olduğu bu təşkilata vergi borcunu gecikdirdiyinə görə, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən sanksiyalar nəzərdə tutulması gözlənilir.
Qeyd edək ki, BOKT “İnternational ” 2021-ci il dekabrın 30-da QSC-dən ASC-yə çevrilib.