Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Senat Trampın Putinlə bağlı sərt bəyanatlarına reaksiya verdi

Orkhan Ali 09 İyul 2025 - 11:25 (Last updated: 09 İyul 2025 - 11:25)
Senat

Senat

ABŞ Senatında respublikaçı qanad Donald Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı sərt mövqeyini alqışlayıb. AzPost-un Axios portalına istinadla məlumatına görə, xüsusən də respublikaçı “şahinlər” Trampın son açıqlamalarını müsbət qarşılayıblar.

Senator Con Kornin mediaya açıqlamasında bildirib: “Mən çox şadam ki, prezident Tramp Putinin onu aldatdığını nəhayət başa düşüb”. Onun sözlərinə görə, Rusiya liderinin davranışı uzun müddətdir ABŞ üçün təhlükə mənbəyidir və Trampın mövqeyindəki dəyişiklik müsbət siqnaldır.

Senator Lindsey Graham isə deyib ki, Ağ Ev sahibi nəhayət “Putinin oynadığı oyunları” düzgün qiymətləndirib. O, Senatda Rusiya Federasiyasına qarşı yeni “sarsıdıcı sanksiyalar” layihəsinin hazırlanıb yekun mərhələyə çatdığını və yaxın vaxtlarda qəbul ediləcəyini də qeyd edib.

Qeyd edək ki, iyulun əvvəlində ABŞ mediası Vaşinqtonun Ukraynaya silah və sursat tədarükünü ehtiyat çatışmazlığı səbəbindən dayandırdığı barədə məlumat yaymışdı. Lakin Axios iyulun 8-də xəbər verib ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya əlavə olaraq 10 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək niyyətindədir.

Kremlin mövqeyi isə dəyişməz qalıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya silah tədarükünün azalması “xüsusi hərbi əməliyyatın” daha tez sona çatması üçün şərtdir. Xarici işlər naziri Sergey Lavrov isə vurğulayıb ki, Ukraynaya göndərilən istənilən hərbi yük Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf sayılır.

Rusiya Xarici İşlər Nazirliyi isə NATO ölkələrinin Kiyevə silah göndərməsini “odla oyun” adlandırıb və bunun regionda vəziyyəti daha da gərginləşdirəcəyini açıqlayıb.

AzPost.az

Post navigation

Previous: Abdullah Öcalan növbəti dəfə PKK-ya “silahı yerə qoyun” çağırışı edib
Next: İtkin düşən 3 yaşlı qızdan 7 ildir xəbər yoxdur

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.