Fransanın qırıcılarını alan yoxdur

Fransanın “Rafale” qırıcıları beynəlxalq bazarda mövqelərini itirməkdədir.

Milli.Az xəbər verir ki, Peru hökuməti 3,5 milyard dollar dəyərində 24 ədəd İsveç istehsalı “Saab Gripen” təyyarəsi almağa hazırlaşır. Seçim daha münasib qiymət və texnologiya transferi imkanları ilə əsaslandırılıb.

Digər tərəfdən, Belçika 1 milyard avroya 11 ədəd ABŞ istehsalı “F-35” qırıcısı alacağını açıqlayıb. Fransa Belçikaya “Rafale” satmağa çalışsa da, müdafiə naziri “F-35″in rəqiblərini, o cümlədən “Rafale”i dəfələrlə üstələdiyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.