Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Narkomaniya əleyhinə layihənin icrası başa çatıb

User 14 İyul 2025 - 12:34 (Last updated: 14 İyul 2025 - 22:11)
q01

“Gənc Vətənpərvərlər” İctimai Birliyinin “Gələcəyimizə Narkomaniya Girməsin!” layihəsinin yekun tədbiri keçirilib

“Gənc Vətənpərvərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Gələcəyimizə Narkomaniya Girməsin!” layihəsi çərçivəsində yekun tədbir təşkil edib.

QHT.az xəbər verir ki, tədbirdə birliyin şöbə müdirləri, AMEA-nın elmi işçisi Pərvanə Əzimova, həkim-psixoloq Sevinc Abbaszadə, Bakı Neft və Energetika Kollecinin pedaqoji heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbiri açan “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Müqavimət Əliyev layihənin məqsədindən danışaraq bildirib ki, əsas hədəf sağlam və aktiv həyat tərzinin təbliği, intizam və komanda ruhunun gücləndirilməsi, narkotik maddələrə qarşı maariflənmənin artırılması və gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın təşviqidir.

Bakı Neft və Energetika Kollecinin tərbiyə işləri üzrə direktor müavini Muxtar Həsənov çıxışında qeyd edib ki, insanın şəxsiyyət kimi formalaşmasında ailə mühitinin və ilkin tərbiyənin rolu əvəzsizdir: “Cəmiyyət nə qədər önəmli olsa da, insanın uşaqlıqda aldığı tərbiyə və böyüdüyü mühit onun gələcək həyat yolunu müəyyən edir. Ailə, xüsusilə ata faktoru uşağın formalaşmasında lokomotiv rolunu oynayır. Əgər ailədə nəzarət zəifdirsə və uşaq mənfi mühitin təsiri altına düşürsə, bu, onu yanlış yollara – narkomaniyaya, cinayətə sürükləyə bilər. Bu gün internet dövründə valideyn nəzarətinin zəifləməsi vəziyyəti daha da çətinləşdirir.”

Həkim-narkoloq Sevinc Abbaszadə isə vurğulayıb ki, narkomaniya ilə mübarizə yalnız dövlət qurumlarının deyil, bütün vətəndaşların iştirakı ilə mümkün ola bilər: “Yeniyetmə və gənclərin maarifləndirilməsi bu sahədə müqavimətin artmasına səbəb olur. Bu da gələcək nəsillərin sağlam və təhlükəsiz cəmiyyətdə yetişməsi üçün həlledici amildir.”

Tədbirdə qeyd edilib ki, layihə çərçivəsində təhsil ocaqlarında, idman cəmiyyətlərində və kolleclərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirləri təşkil olunub. Bu tədbirlər zamanı iştirakçılara AİDS/QİÇS/İİV və narkomaniya ilə bağlı məlumatlar verilib, həmçinin bu sahədə aparılan dövlət siyasəti və əldə edilən nəticələr barədə danışılıb.

 

Tədbirdə bu kimi layihələrin davamlı olmasının vacibliyi vurğulanaraq, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusilə vətəndaş cəmiyyətinin fəal iştirakı çağırışı səsləndirilib.

Sonda layihə çərçivəsində hazırlanmış fotoslaydlar və videoçarxlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

AzPost.az

Post navigation

Previous: Qəzzada həlak olan fələstinlilərin sayı 58 mini keçib
Next: “Green City”də pul qalmaqalı

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.