Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Kapital Bank istifadə etmədiyi karta görə müştəriyə borc yazıb?

Orkhan Ali 17 İyul 2025 - 08:00 (Last updated: 17 İyul 2025 - 04:41)
Kapital Bank

Kapital Bank

Vətəndaş Elmin Əhmədov heç vaxt fiziki kart istifadə etmədiyi halda Kapital Bank tərəfindən ona borc yazıldığını iddia edir.

AzPost bildirir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Elmin Əhmədov keçən ilin sonlarında onlayn qaydada rəqəmsal (digital) kart sifariş etdiyini, bank əməkdaşlarının kartı aktiv etdiyini və bu andan sonra problemlərin başladığını deyir.

Onun sözlərinə görə, digital kartı Birbank mobil tətbiqinə əlavə edə bilməsi üçün fiziki kart əldə etməli olduğu bildirilib. Halbuki müştəri digital kartı sifariş edərkən bank filialına getməmək üçün bunu etdiyini deyir.

Bir ay öncə yenidən bank kartı sifariş etmək istədikdə, ona əvvəlki kart üzrə borc olduğu üçün yeni sifarişin mümkün olmadığı bildirilib.

Araşdırma zamanı müştəriyə bildirilib ki, onun adına 18 manat məbləğində borc var. Səbəb kimi isə əvvəl sifariş etdiyi, lakin istifadə etmədiyi kart üzrə SMS bildiriş xidmətinin aktivləşdirilməsi göstərilib.

“Mən heç vaxt fiziki şəkildə bu kartdan istifadə etməmişəm. Necə olur ki, istifadə olunmamış karta görə mənə borc yazılır?” – deyə vətəndaş əlavə edib.

Məsələ ilə bağlı bank tərəfindən müştərinin şikayətinin araşdırılması üçün şəxsi məlumatları istənilib. Lakin vətəndaş buna imtina edərək “50 dəfə müraciət etmişəm və həmişə eyni cavabı almışam” deyə münasibət bildirib.

AzPost.az

Post navigation

Previous: Tramp: ABŞ neftin dünya bazarında ucuzlaşmasına çalışır
Next: Şeyxülislam Allahşükür Paşazadə Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.