Tramp Krımı çox nəhəng “massiv” adlandırıb və onu Texasın böyüklüyü ilə müqayisə edib.
AzPost bildirir ki, ABŞ prezidenti bu barədə paylaşımında yazıb.
“Əgər mən bu torpaqdan imtina etsəydim, növbəti 20 il ərzində bütün qəzetlərin manşetlərində olacaqdım. Amma Obama Krımı verdi və heç nə olmadı. Heç kimin yadına belə düşmür. Sonra da deyirlər ki, Tramp Putinlə dostdur. Amma mən ona Krımı verməmişəm. Krım böyükdür. Deyərdim ki, bu, Texasın ölçüsü və ya buna bənzər bir şeydir”-deyə Tramp şikayətlənib.
Krımın sahəsi təqribən 27.000 km², Texas isə 695.000 km²-dən çoxdur. Yarımadadan demək olar ki, 26 dəfə, ümumi ərazisinə görə, bütün Ukraynadan da böyükdür.