Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Nə yesək, daha az xəstələnərik? – Orqanizmdə iltihabı məhv edən 6 meyvə

Orkhan Ali 23 Avqust 2025 - 19:47 (Last updated: 23 Avqust 2025 - 19:22)
d0c46c56da0cc8c2df23e652467a0288_4

Oksidativ stress orqanizmdə iltihabın səbəblərindən biridir. O, “sərbəst radikallar” adlanan çox sayda qeyri-sabit molekul hüceyrələrə hücum etdikdə yaranır. Orqanizm adətən bu molekulları metabolizmin yan məhsulu kimi istehsal edir, lakin onların miqdarını həm də çirklənmiş hava, günəş işığı, düzgün olmayan qidalanma, zərərli vərdişlər, yuxunun pozulması və dərmanlar artırır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Eatingwell” saytı yazıb.

Həddindən artıq sərbəst radikallar iltihab yaradır, bu da xroniki ola bilər və nəticədə xroniki xəstəliklər yaranır. Lakin xoş xəbər odur ki, oksidativ stressə qida rasionunda kifayət qədər antioksidant olması ilə təsir etmək olar. Bunun üçün xüsusilə meyvələr qəbul edilməlidir.

Nəşr, oksidativ stressə və iltihaba qarşı mübarizədə kömək edə biləcək, antioksidantlarla zəngin ən yaxşı 6 meyvəni təqdim edib.

Göyəm – Antioksidantlarla zəngin meyvələr arasında birinci yeri tutur. Onun tərkibində antosianinlər, flavonoidlər, fenol turşuları və stilbenlər kimi bir çox fitokimyəvi maddələr var ki, bunlar da birlikdə orqanizmi qoruyur. Göyəmdə çox miqdarda antioksidant onun tünd-mavi rəngli qabığındadır. Bu, iltihabla mübarizədə kömək edən və beyni qoruyan güclü antiiltihabi birləşmələr olan antosianinlərdir. Araşdırmalar göstərir ki, müntəzəm olaraq göyəm yeyən insanlarda ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski daha aşağı olur, onlar çəkini daha effektiv idarə edir və onların beyni daha yaxşı işləyir. 100 qram göyəmdə 9 mmola qədər antioksidant olur.

Nar – Onun mərcan-qırmızı rəngli dadlı dənələrində olan antioksidantlar piylənmə, ürək-damar xəstəlikləri, diabet kimi xroniki xəstəliklərlə əlaqəli müəyyən biomarkerların səviyyəsini aşağı salır. Bu sağlamlıq faydaları əsasən punikalagin antioksidantının olması ilə əlaqədardır. Laboratoriya və heyvanlar üzərində edilən tədqiqatlarda onun ürək xəstəlikləri, diabet, iltihab və Alzheymer xəstəliyi ilə əlaqəli proseslərə təsir göstərə biləcəyi müşahidə edilib. 100 qram nar dənəsində 9 mmola qədər antioksidant var.

Albalı – Tədqiqatlar göstərir ki, turş albalı yüngül antiiltihabi effektə malikdir və onun müntəzəm qəbulu ilə bu effekt güclənir. Buna görə də onlar artıq yaranmış iltihabı müalicə etməkdən daha çox, onun qarşısının alınmasında effektivdirlər. Rasionunuza təzə, dondurulmuş, qurudulmuş və ya şirə şəklində albalı əlavə etməklə orqanizmdə sağlam iltihab balansını saxlayırsınız. Albalının digər bir üstünlüyü onun yuxunun keyfiyyətini yaxşılaşdıra bilməsidir. Tədqiqatlardan birində yaşlı insanlar iki həftə müddətində gündə iki dəfə bir stəkan albalı şirəsi içiriblər. Nəticədə onlarda melatonin səviyyəsi yüksək oldu, iltihab azaldı və yuxunun keyfiyyəti yaxşılaşıb. 100 q albalıda 7 mmola qədər antioksidant var.

Böyürtkən – Böyürtkənin hər bir kiçik çəyirdəyində A və C vitaminləri, karotenoidlər, sterollar, terpenoidlərlə zəngin qoruyucu birləşmələr var ki, bunlar da az kalorili olmaqla güclü sağlamlıq faydaları təmin edir. Tədqiqatlar göstərir ki, böyürtkən xüsusilə müəyyən xəstəliklərlə əlaqəli proiltihabi molekulların ifrazının qarşısını ala bilən antioksidantlarla zəngindir. 100 qramlıq bir porsiya böyürtkəndə 6 mmol antioksidant var.

Goji giləmeyvələri – Bunların xarakterik şirin və eyni zamanda turş dadı var. Onların parlaq rəngi ən çox yayılmışı zeaksantin olan karotenoidlərin olmasını göstərir – bu, görmə üçün vacib olan güclü bir antioksidantdır. Tədqiqatlar göstərir ki, goji giləmeyvələri qan şəkərinin səviyyəsini aşağı salmağa, xolesterin səviyyəsini yaxşılaşdırmağa, immun funksiyanı dəstəkləməyə və cavanlaşdırıcı effekt verməyə kömək edə bilər. 100 qramlıq bir porsiya goji giləmeyvəsində təxminən 4 mmol antioksidant var.

Moruq – Moruq oksidativ stress və iltihabla mübarizə edə bilən və bir çox xroniki xəstəliyin inkişafının qarşısını ala bilən qoruyucu antioksidantlarla zəngindir. 100 qramlıq bir porsiya moruqda 4 mmol antioksidant var.

AzPost.az

Post navigation

Previous: Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? (ARAŞDIRMA)
Next: “Onlar Trampı iblis kimi təqdim edirdilər…” –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.