Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Turistlərin eyni gündə üç Avropa ölkəsində ola biləcəkləri şəhər (FOTO)

Orkhan Ali 31 Avqust 2025 - 18:39 (Last updated: 31 Avqust 2025 - 18:39)
dfd344d78132d47d659a5cefa2d13e94_Screenshot_20250831_122809_Gallery
İsveçrədə elə bir şəhər var ki, turistlərə bir gündə üç fərqli ölkəni gəzmək imkanı yaradır. Söhbət Reyn çayı üzərində yerləşən, Almaniya, Fransa və İsveçrənin sərhədlərinin qovuşduğu liman şəhəri Bazeldən gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Mirror” yazır.
Səyahətçilərə, xüsusilə, üç sərhədin qovuşduğu nöqtəni göstərən Dreiladerek abidəsini ziyarət etmək tövsiyə olunur. Burada yerləşən məşhur baxış meydançasından üç ölkənin fonunda xatirə şəkli çəkmək mümkündür. Bundan başqa, Bazeldə elə bir ərazi var ki, turistlər cəmi 10 dəqiqədən də az müddətdə hər üç ölkəni addımlaya bilirlər.
“Monumental abidə Fransa, İsveçrə və Almaniyanın sərhədlərinin birləşdiyi nöqtəni göstərir. Abidənin ətrafında gəzərkən simvolik olaraq hər üç ölkənin ərazisinə qədəm qoyursunuz. Buradan həmçinin Reyn çayına möhtəşəm mənzərə açılır”, deyə “Tripadvisor” istifadəçilərindən biri bildirib.
Bu ərazini gəzməyin ən sadə və məşhur yollarından biri isə çay gəzintisinə çıxmaqdır. Lakin “Mirror” xəbərdarlıq edir ki, bəzi turistlər Dreilanderek abidəsini axtarsalar da, dəqiq göstəricilər olmadığı üçün tapa bilməyiblər. Buna görə də ora yollananlara əvvəlcədən dəqiq xəritə və planla hazırlaşmaq tövsiyə olunur.
Nəşr həmçinin vurğulayır ki, Bazel Avropada turistlərə eyni anda bir neçə ölkədə olma imkanı yaradan yeganə yer deyil. Belçika ilə Niderland sərhədində yerləşən Barle şəhəri də bu xüsusiyyətinə görə diqqət çəkir. Burada bir-birinə qarışmış iki bələdiyyə mövcuddur.
“Bu isə o deməkdir ki, şəhərdə iki meriya, iki poçt şöbəsi və iki polis idarəsi fəaliyyət göstərir. Barle qeyri-adi yerləri sevməyi üstün tutan turistlər üçün mütləq ziyarət olunmalı şəhərlərdən biridir”, deyə “Mirror” yazır.

AzPost.az

Post navigation

Previous: “18 il əvvəl Nostradamusa əsaslanıb yazmışdım ki, Qarabağ qaytarılacaq”
Next: Putin və Paşinyan Çində görüşdü

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.