Sabah Azneft dairəsində hərəkət məhdudlaşdırılacaq

Sentyabrın 2-də saat 23:00-dan etibarən Azneft dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

“Bakı Şəhər Halqası” sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.