Rusiya XİN-dən AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı AÇIQLAMA-1 milyard sığorta ödənilib

AZAL-ın təyyarəsi
AZAL-ın təyyarəsi

Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış  “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsi ilə bağlı açıqlama yayıb.

AzPost-un məlumatına görə, Rusiya XİN-nin yaydığı açıqlamada deyilir ki, 2025-ci ilin fevral ayından etibarən Rusiyanın sığorta şirkəti “AlfaStrakhovanie” ASC Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərini həyata keçirir (Bakı-Qroznı reysi). Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib.

“Təyyarədə olan 62 sərnişindən 46-nın xəsarət alması və ölməsi ilə bağlı iddialar tam təmin edilib.O cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, Qırğızıstanın 3-nün hamısının, 6 Qazaxıstan vətəndaşından 1-nin ödənişi tam təmin edilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib.

Xəsarət alanlar və mərhumun yaxınları ilə kompensasiya məbləğlərinin tam həlli məqsədilə razılaşdırılması istiqamətində işlər davam edir”- deyə XİN -nin  məlumatında bildirlir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.