“Qayıdış” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsində qalib gəlmiş “Mədəni irsimiz: Örənqala- torpaq altında qalmış şəhər” adlı layihənin icrasını davam etdirir.
Bu barədə “QAYIDIŞ” İctimai Birliyini sədri Hasil Tağıyev məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində çap edilməsi nəzərdə tutulan “Mədəni irsimiz: Örənqala- torpaq altında qalmış şəhər” adlı kataloq kitabçaya lazım olan matrealların toplanması və şəkillərin çəkilməsi üçün layihənin eksperti Xaqani Əliyev Beyləqan rayonunda olmuşdur:
“O Örənqala yaşayış məskənindən tapılaraq rayon Tarıx Diyarşünaslıq muzeyində qorunan və nümayiş edilən eksponatlarla tanış olmuşdur. Daha sonra abidənin yerləşdiyi məkana getmiş, yerli əhali ilə görüşmüş, abidə haqqında matreallar toplamış, video çəkilişlər aparmışdır”.
Qeyd edək ki, layihəyə sentyabr ayında yekun vurulacaqdır. Abidəyə həsr olunmuş “Örənqala torpaq altında qalmış şəhər” adlı rəngli kataloq kitabça hazırlanacaqdır. Layihəyə Beyləqan rayon ziyalılarının iştirakı ilə sentyabr ayının sonunda təşkil ediləcək Seminarla yekun vurulacaqdır. Kataloq seminar iştirakçılarına əvəzsiz olaraq paylanacaq, rayon kitabxanalarının kitab fonduna və məktəblərə bağışlancaqdır.
