Ağ Evdə Tramp və Zelenski arasında görüş başlandı-YENİLƏNİR

Ukrayna prezidenti Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib.

AzPost bildirir ki, Tramp və Zelenski arasında görüş başlayıb.

Mətbuatın iştirakı olmadan bağlı qapılar arxasında keçiriləcək.

 

Tramp bəyan edib ki, Zelenski ilə Rusiyanın dərinliklərinə zərbə endirmə ehtimalını müzakirə edəcək.

“Rusiyaya dərindən zərbə endirmək münaqişənin kəskinləşməsinə səbəb olardı”, – deyə Tramp bildirib.

“Ümid edirəm ki, müharibə Tomaqavklarsız başa çata bilər” -deyə ABŞ prezidenti qeyd edib.

“Biz ABŞ-a sövdələşmə təklif edirik. Biz onlara pilotsuz təyyarələr veririk, onlar isə bizə “Tomaqavklar” və digər silahlar verir”, – Zelenski deyib. Tramp cavab olaraq ABŞ-ın razılaşmada maraqlı olduğunu bildirib.

“Bu gün Putinlə dünənki söhbətimdən danışacağıq”, – Tramp bildirib.

“Orada müəyyən prinsiplər qeyd olunub və biz bunu həll edə biləcəyimizi görəcəyik”, – ABŞ prezidenti qeyd edib.

“Bu münaqişəyə son qoymağın vaxtı çatıb”, – deyə Zelenski bildirib.

Tramp Macarıstanda gözlənilən görüşlə bağlı danışıb: “Çox güman ki, bu, mənimlə Putin arasında ikitərəfli görüş olacaq, lakin biz Zelenski ilə əlaqə saxlayacağıq”.

 

“Məncə, Putin müharibəni bitirmək istəyir. Yoxsa belə deməzdi. Düşünürəm ki, Zelenski də bunun bitməsini istəyir”, – Tramp vurğulayıb.

 

“Ukraynaya sülh tezliklə, Çinlə görüşdən əvvəl gələ bilər”, – Tramp deyib.

Qarşıdakı  həftələrdə Si Cinpin ilə görüş planlaşdırılır.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.