Amerikanın Edition.cnn.com saytı dünyanın ən dadlı və sevilən 50 növ çörəyinin siyahısını dərc edib. AzPost xəbər verir ki, siyahı əlifba sırasına görə tərtib olunub və yerlərə görə sıralama aparılmayıb.
Keçmiş SSRİ məkanından bir neçə ölkənin milli çörək növləri siyahıya daxil edilib. Onlar arasında rus karavayı, gürcü xaçapurisı, erməni lavaşı və özbək tandır çörəyi – non xüsusi qeyd olunub.
Hesabatda həmçinin türk simiti, ABŞ-ın mayalı peçenyesi, Britaniyanın krampeti, Monreal üslubunda bublik və Çin mənşəli şaobin çörəyi də yer alıb.
Cənubi Amerikanı isə meksikalı tortilya, braziliyalı pendirli çörək, çilili marraketa və venesuelalı qarğıdalı arepa təmsil edib.
Bu siyahı, müxtəlif mədəniyyətlərdə çörəyin həm ənənəvi qida, həm də milli mətbəxin ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir.