Smuzi hazırlayarkən ən uyğun sayılan meyvələrdən biri — banan — bəzi hallarda içkinin faydalılığını əhəmiyyətli dərəcədə azalda bilər. AzPost bildirir ki, bu nəticəyə Kaliforniya Universitetinin (Davis) alimləri gəliblər. Banan və bəzi digər meyvələrdə olan poli fenol oksidaza (PFO) fermenti, xüsusilə ürək və beyin üçün faydalı olan flavanolların mənimsənilməsini azaldır. Bu birləşmələr üzümlərdə, qaragilə, moruq və kakao məhsullarında bol miqdarda mövcuddur.
Tədqiqat göstərib ki, bananla hazırlanmış meyvəli smuzi içən iştirakçılar flavanolları 84% daha az mənimsəyiblər. Alimlər bu səbəbdən sumuzi hazırlayarkən alternativ üsullar tövsiyə edirlər: bananı tərəvəzlərlə — kələm, ispanaq, xiyar — qarışdırmaq daha faydalıdır. Meyvələri isə flavanol oksidaz aktivliyi az olan meyvələrlə — ananas, mango, portağal — birləşdirmək məsləhətdir.
Bundan əlavə, limon və portağal kimi sitrus meyvələrinin əlavə edilməsi və bananların dondurularaq istifadə olunması fermentin təsirini qismən azaldır. Smuzinin faydalılığını qorumaq üçün içkini hazırladıqdan dərhal sonra qəbul etmək vacibdir, çünki zaman keçdikcə PFO aktivliyi artır və faydalılıq azalır.
Tədqiqat Food and Function jurnalında dərc olunub.