İsrail Beyruta hava zərbəsi endirdi- VİDEO

İsrail ordusunun gecə saatlarında Beyrutun cənubuna endirdiyi hava hücumu bölgədə yenidən gərginliyi artırıb. AzPost xəbər verir ki, rəsmi məlumata görə, zərbə nəticəsində 5 nəfər həyatını itirib, daha 28 nəfər yaralanıb. Hadisə mövcud atəşkəs rejiminin pozulması kimi qiymətləndirilir.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, güclü yaşayışın olduğu binaya tuşlanan raket zərbəsi böyük dağıntılara səbəb olub. Ölənlər arasında Hizbullahın hərbi qanadında yüksək vəzifə tutan Haytam Əli Təbtəbainin də olduğu bildirilib.

İsrail ordusunun sözçüsü Aviçay Adrae “X” platformasında paylaşdığı məlumatda hücumun Dahiye rayonunda həyata keçirildiyini, hədəfin təşkilatın “üst səviyyəli şəxslərindən biri” olduğunu qeyd edib. Hücumun dəqiq koordinatları açıqlanmasa da, həmin ərazi illərdir Hizbullahın əsas mərkəzlərindən biri kimi tanınır.

Hizbullah isə bəyanat yayaraq Haret Hreyk məhəlləsində baş verən zərbə nəticəsində təşkilatın “Baş Qərargah rəisi” kimi tanınan Haytam Əli Təbtəbainin öldüyünü rəsmən təsdiqləyib. Qurum bunu “İsrailin qırmızı xətti aşması” kimi qiymətləndirib.

Məlumata görə, bu əməliyyat İsrailin uzun fasilədən sonra Beyrutun cənubuna həyata keçirdiyi ilk hava hücumudur. ABŞ administrasiyası Təbtəbaini 2016-cı ildə “Xüsusilə Təhlükəli Qlobal Terrorçu” siyahısına salmış və onun tutulması üçün 5 milyon dollar mükafat təyin etmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.