Britaniya ukraynalı qaçqınlar üçün mənzil proqramını dayandırmaq istəyir

Şotlandiyadakı ukraynalı qaçqınlar sığındıqları evlərini itirə bilərlər.

AzPost-un məlumatına görə, bu barədə Britaniyanın həftəlik “Mail on Sunday” qəzeti  xəbər verir.

O, hökumətin 2022-ci ildə Mühafizəkarlar hökuməti dövründə tətbiq etdiyi “Ukrayna üçün Evlər” (Homes for Ukraine) proqramı haqqında yazıb. Hökumət ukraynalılara sığınacaql verən ailələrə ayda 500 funt sterlinq ödəyir. Qəzet xəbər verir ki, yeni Leyboristlər hökuməti ödənişi 350 funt sterlinqə endirib və bu yaxınlarda proqramı dayandırmaq planlarını açıqlayıb.

“Mail on Sunday” qəzetinin məlumatına görə, bir Şotlandiya sakini yerli hakimiyyətdən “ödənişlərin dayandırılması barədə nə düşünürsünüz? Qonağımızdan evi tərk etməyi tələb edəcəksinizmi?” sualı qoyulmuş məktub aldığını bildirib. “Biz bunu heç vaxt etməyəcəyik. Görünür şəhər şurası bir çox ukraynalı qaçqının evsiz qalacağından narahatdır”, -qəzet “Scotsman” qəzetdən sitat gətirir.

“Bir çox şotlandlı Putinin vəhşi işğalından qaçan ukraynalıları evlərinə qəbul etməkdən məmnun idi. Lakin indi onlar qeyri-mümkün bir seçimlə üzləşirlər. Leyboristlərin ixtisarları bu insanların çoxunu evsiz qoymaqla hədələyir”, Şotlandiya Mühafizəkarlar Partiyasından Meqan Qallaher bildirib.

Böyük Britaniyanın Leyboristlər Partiyası hökuməti “Ukrayna üçün Evlər” proqramının dayandırılmasını rəsmi olaraq elan etməyib. 2025-ci ilin yanvar ayında Nazirlər Kabinetinin veb saytında proqramın 18 ay, yəni 2026-cı ilin ortalarına qədər uzadıldığı bildirilib. Eyni elanda ödənişin 500 funt sterlinqdən 350 funt sterlinqə endiriləcəyi də bildirilib.
Mail on Sunday qəzetinin məlumatına görə, 2022-ci ilin fevral ayından bəri əsasən qadın və uşaqlardan ibarət təxminən 28.000 ukraynalı qaçqın Şotlandiyaya gəlib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.