Cəlilabadda arvad ərini bıçaqla öldürdü –Detallar

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş deyilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Aparılan təcili tibbi tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq onun ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı bildirilib.

Hadisə yerinə cəlb olunan hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə Vüsal Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

K.Cəfərova şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Günorta saatlarında Vüsal Cəfərovla həyat yoldaşı Kəsirə Cəfərova arasında mübahisə yaranıb.

Mübahisə zəminində K.Cəfərova bıçağa əl ataraq ərinə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Kəsirə Cəfərova artıq polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, mərhum Vüsal Cəfərov daş karxanasında çalışıb və hadisə baş verən vaxt o, işdən evinə yenicə qayıdıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.