Şəhid ailələri və qazilərlə idmançıların görüşü təşkil edilib

Noyabrın 28 -də Azərbaycan Respublikasının Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətən Torpağını Qanları İlə Suvaranlar” adlı layihə çərçivəsində növbəti tədbir keçrilib.

Tədbirdə Şəhid ailələri ilə Qazilərin İdmançılarla görüşü baş tutmuşdur. Şəhidlərmizin xatirəsi yad edilərək Dövlət himnimiz səslədirildikdən sonra layihə rəhbəri QƏQİB sədri Qazi Firidun Məmmədov layihənin məqsədlərindən danışmış və dəstək verdiyinə görə Agentliyə təşəkkürünü bildirib:

“Torpaqlarımızın azadlığı uğrunda canını və sağlamlığını qurban vermiş Vətən fədailərinin hərcür diqqət və qayğıya layiq olduqlarını bildirən layihə rəhbəri Dövlətimizin bu yöndə gördüyü işlərdən bəhs etmişdir. O, Şəhidlərin və Qazilərin arasında çoxlu idmançıların olduğunu xüsusi ilə qeyd etmiş hətda birinci Qarabağ müharibəsinin ilk könüllülərinin böyük əksəriyyətinin idmançı olduğunu vurğulamışdır. Təsadüfü deyilki Azərbaycan artıq dünyada idman dövləti olaraq tanınır. Bunun dövlətimizin idmana və idmançılara göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində münkün oldğunuda layihə rəhbəri qeyd etmişdir”.

Çıxış edən Şəhid ailələri Zülfiyyə Umudova, Mədinə Məmmədova, Arzu Allaverdiyeva, Qazilər Səyyaf Məmmədov, Qurban Sadıxzadə və başqaları layhənin mühüm əhəmiyyət kəsb etdiyini və davamlı olmasının əhəmiyyətini qeyd etdilər. Onlar idmançılara tövsiyə və arzularını bildirərək uğurlar dilədilər. Sonra çıxış edən idmançılardan Dünya və Avropa mükafatcısı Cəsarət Allahverdiyev, Elxan Şiriniv, Aydın Ağayev və İdmançı Qazilər Ziyad Müslümov, İsgəndər Vəliyev və başqaları idmançı olmağın Vətənpərvərlik ruhunun inkişafındakı rolundan danışdılar. Sağlam bədəndə sağlam ruh olar şuarının real nəticələrinin Azərbaycanın döyüşçülərində bariz olaraq göründüyünü xüsusi ilə qeyd etdilər.

Tədbir yüksək əhval- ruhiyə ilə başa çatdırıldı.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.