General Ramaldanovun hərbçi qardaşının ailəsi qəzaya düşdü –2 nəfər həlak olub, 4 yaralı var

General Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu,Yuxarı Ləgər kəndində avtomobil qəzasına düşüblər. 
AzPost bildirir ki, bu barədə hərbi-ekspert, polkovnik Üzeyir Cəfərov məlumat verib.
Qəza nəticəsində polkovnikin qızı, 36 yaşlı  Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.
Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.
Həlak olanların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək.
Allah rəhmət eləsin!

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.