Türkiyədə Mərmərə dənizinin suları gözlənilmədən sahildən 20 metr geri çəkilib.
AzPost bildirir ki, bu barədə Habertürk telekanalı məlumat yayıb.
Bu qəribə hadisə Tekirdağın Marmara Ereglisi rayonunda baş verib. Su sahildən təxminən 20 metr geri çəkilib. Suyun geri çəkildiyi ərazilərdə qum adaları peyda olub və bir neçə qayıq dayazlıqda quruya çıxıb.
Hadisə yerli sakinlər arasında çaşqınlıq və narahatlıq yaradıb.