İcra başçısının sabiq müavini azadlığa buraxılıb

Amnistika aktı Neftçalanın icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə həbsdə olan sabiq müavini Gültəkin Sadıqovaya da şamil olunub.

AzPost APA-ya istinadən xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Neftçalanın sabiq icra başçının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova 2021-ci il oktyabrın 29-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 6 il 6 ay azadlıqdan mərhum edilib.

O, məhkəmə zalında həbs olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.