Qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilən qadın azadlığa buraxılıb.
3 il azadlıqdan məhrum edilən Əfsanə Cəfərova bu Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.
O, cəzasının çəkilməmiş 10 ayından azad edilib.
Xatırladaq ki, Əfsanə Cəfərova 2022-ci il fevralın 1-də ARB televiziya kanalının “Səni axtarıram” adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.