“Forbes” dünyanın ən bahalı idman klublarının reytinqini açıqladı

Nüfuzlu “Forbes” jurnalı 2025-ci il üçün dünyanın ən bahalı 50 idman klubunun reytinqini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıya Amerika Milli Futbol Liqasında (NFL) çıxış edən “Dallas” klubu başçılıq edir. 2016-cı ildən bəri reytinqin ilk pilləsində yer alan komandanın dəyəri 12 milyard ABŞ dollarıdır.

Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Qolden Steyt Uarriors” (11 milyard dollar) ikinci, NFL-in “Los-Anceles Rams” komandası (10,5 milyard dollar) üçüncü sırada qərarlaşıb.

Siyahıda Avropadan cəmi dörd futbol klubu yer alıb. Bunlar İspaniyanın “Real Madrid” (6,75 milyard dollar), “Barselona” (5,65 milyard dollar), İngiltərənin “Mançester Yunayted” (6,6 milyard dollar) və “Liverpul” (5,4 milyard dollar) kollektivləridir.

Reytinqə Formula 1 klublarından isə “Ferrari” (6,5 milyard dollar) və “Mercedes” (6 milyard dollar) daxil olublar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.