Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə nə üçün minnətdarlığını bildirdiyini izah edib.
TASS-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması Ermənistana Avrasiya İqtisadi Birliyi dövlətləri ilə dəmir yolu əlaqəsi yaratmağa imkan verib. Siyasətçinin qeyd etdiyi kimi, məhz buna görə də o, Ali Avrasiya İqtisadi Şurasının iclası da daxil olmaqla, müxtəlif məkanlarda Azərbaycan lideri İlham Əliyevə minnətdarlığını bildirib.
“Bu barədə mövqeyimizi bildirməsəydik, qəribə olardı. Mən də bunu edirəm və inanıram ki, düzgün iş görürəm. Niyə fərqli məkanlarda? Bunun müxtəlif yerlərdə qeydə alınması üçün, çünki bu, AİB üçün də vacibdir. Çünki biz AİB ilə dəmir yolu əlaqəsi yaratmışıq. Əvvəllər AİB ilə dəmir yolu əlaqəmiz olmayıb”, – deyə Paşinyan bildirib.