“ABŞ-ın İranda hazırda davam edən etirazlara müdaxiləsi bütün regionda xaosa səbəb olacaq“.
AzPost bildirir ki, İran mediasının məlumatına görə, bu sözləri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bəyan edib.
“Tramp başa düşməlidir ki, Amerikanın İranın bu daxili məsələsinə müdaxiləsi bütün regionu sabitsizləşdirməyə bərabərdir”, – deyə o vurğulayıb.
Laricani bu açıqlamanı ABŞ prezidenti Donald Trampın İranın dinc etirazçılara qarşı güc tətbiq edəcəyi təqdirdə Vaşinqtonun müdaxilə edəcəyi barədə xəbərdarlıq etməsindən sonra verib.
İranda ağır iqtisadi vəziyyətə görə kütləvi etirazlar davam edir. Qeyri-rəsmi məlumatlara görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar ölüm və yaralanmalarla nəticələnib.