Venesuelanın yeni prezidenti Delsi Rodrigez çərşənbə axşamı Vaşinqtona səfər etməyi planlaşdırır.
AzPost bildirir ki, bu barədə Amerika mediası məlumat yayıb. Rodriges ehtimal ki, Trampla görüşmək üçün Ağ Evə baş çəkəcək.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin bir qrupu cümə günü Maduronun qaçırılmasından bəri ilk dəfə Karakas şəhərinə səfər edib. Bu, Venesueladakı ABŞ səfirliyinin yenidən açılması istiqamətində ilk addım olub.
Diplomatik heyət və təhlükəsizlik mütəxəssisləri ilkin qiymətləndirmə aparıblar.