Aliment ödəməyənlərin sayı artıb

Aliment
Aliment

2025-ci ildə 6 300-dək iş üzrə aliment ödənilməyib.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il icraatda olan 142 minədək aliment işindən 47 minədək iş üzrə aliment ödənişləri müəyyən gecikmələrlə həyata keçirilib.

Xatırladaq ki, 2024-cü ildə icraatda olan 133 minədək aliment işindən 46 minədək işdə müəyyən gecikmələrlə aliment ödənilib. 5 000-dək işdə aliment ödənişi təmin olunmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.