İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff etiraz aksiyalarını müzakirə edib.
Bu barədə “Axios” anonim mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, tərəflər növbəti günlərdə görüş keçirmək barədə danışıblar.
Əraqçi və Uitkoff arasında əlaqənin telefon və ya yazılı olması barədə məlumat verilməyib.
Ağ Ev və Dövlət Departamenti “Axios” un sorğusuna cavab verməyib.