Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Müştəri VTB Bank kreditinin azalmadığını iddia edir

Orkhan Ali 13 Yanvar 2026 - 13:00 (Last updated: 13 Yanvar 2026 - 12:08)
VTB Bank Azərbaycan

VTB Bank Azərbaycan

VTB Bank-dan götürülən kreditlə bağlı sosial şəbəkələrdə narazılıq paylaşılıb. AzPost xəbər verir ki, Qərib Qocayev adlı istifadəçi bankdan 2021-ci ildə götürdüyü kreditin illər keçməsinə baxmayaraq hələ də bitmədiyini bildirir.

İstifadəçinin sözlərinə görə, o, son beş il ərzində kredit üzrə mütəmadi ödənişlər edib və aylıq olaraq 130–150, bəzi hallarda isə 200 manata yaxın məbləğ ödəyərək borcu daha tez bağlamağa çalışıb. Lakin buna baxmayaraq, kreditin əsas borcunun gözlənildiyi kimi azalmaq əvəzinə demək olar ki, yerində qaldığını iddia edir.

Q.Qocayev qeyd edir ki, son ödənişlərdən birində 130 manat köçürdüyü halda borc məbləğinin 1 394 manatdan cəmi 1 380 manata düşdüyünü görüb. Onun sözlərinə görə, bu halda ödənişdən cəmi 14 manat əsas borcdan silinib, qalan məbləğ isə dəyişməz qalıb. İstifadəçi hesab edir ki, “toxunulmaz” kimi göstərilən əsas borcun uzun müddət azalması başa düşülən deyil.

Şikayətçi əlavə edir ki, ilkin olaraq bankdan təxminən 7 000 manat kredit götürüb, lakin indiyədək çeklərə əsasən artıq 10 000 manata yaxın ödəniş edib. Buna baxmayaraq, kreditin hələ də tam bağlanmaması onda ciddi narazılıq yaradıb və bu vəziyyəti izah etməkdə çətinlik çəkdiyini bildirib.

Paylaşımda vurğulanır ki, müştəri kredit şərtləri, faiz hesablanması və əsas borcun niyə bu qədər ləng azalması ilə bağlı aydın məlumat ala bilmir. O, bu səbəbdən VTB Bank-dan kredit götürməsini səhv qərar kimi qiymətləndirdiyini də qeyd edib.

VTB Bank tərəfindən sözügedən iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Bir telefon və bunu deyən yazı "11:31 40+ 54 으 online.vtb.az/loans 4 VTB Kartlar Kreditlar Depozitlar Hesablar Kreditin adı: Cash Loan Mablag: Faiz daracesi: 1394.02 ሐ 18.9% > Müddat: 60 Ay Kredit mahsulu: Mablağ: -1002.95 Aylıq ödaniş: 129.63 ሐ Növbati ödaniş: 09.02.2026 Osas et Status: Aktiv atraflı • Kredit qrafiki + Öda sahifa Ödanişlar Köçürmalar Xidmatlar Digar" şəkili ola bilər
Bir bunu deyən yazı "11:36 0.00 40+ KB/S taill 69 으 online.utb.az/account: Tarixça Ay arzinda o0O Köçürma 0.65 ሐ 2026-01-08 2026-01-0821:15:55 21:15:55 000 Köçürma 0.06 ሐ 2026-01-08 2026-01-0821:15:55 21:15:55 000 Köçürma 15.73ሐ ሐ 2026-01-08 -08 21:15:54 2026- 000 Köçürma 112.65 ሐ 2026-01-08 08 21:15:54 o0O Köçürma 0.02 ሐ 2026-01-08 08:24:05 000 Köçürma 2 ሐ 2026-01-08 08:24:05 000 Köçürma 1.56 ሐ 2026-01-08 08:22:42 000 Köçürma 130 ሐ 2026 2026-01-08 08 08:22:41 Ana sahifa Ödanişlar Köçürmalar Xidmatlar Digar" şəkili ola bilər
telefon və bunu deyən yazı "11:36 40+ KB/S 69 ㅎ online.vtb.az/loans VTB Kartlar Kreditlar Depozitlar Hesablar Kreditin adı: Cash Loan < Meblağ: 1380.34 Faiz daracasi: 18.9% > Müddat: 60 Ay Kredit mahsulu: Mablağ: -1002.95 Aylıq ödaniş: 129.63 ሐ Növbati ödaniş: 09.02.2026 asas et Status: Aktiv Kredit qrafiki + Öda Ana sahifa Ödanişlar Köçürmalar Xidmatlar Diger" şəkli ola bilər
Bir telefon və bunu deyən yazı "11:39 0.00 40+ KB/S KBIS drailh 68 으 online.vtb.az/loans Moblağ: Faiz daracasi: > 1380.34 巾 18.9% Müddat: 60 Ay Kredit mahsulu: Mablağ: -1002.95 ሐ Aylıq ödaniş: 129.63 ሐ Növbati ödaniş: 09.02.2026 Müqavila nömrasi: 332935-1-27573 X Hesab nömrasi: AZ04VTBA04101001332935AZNO0 Başlama tarixi: 07.10.2021 Bitma tarixi: 07.10.2026 Ümumi borc qalığı: 1380.34 ሐ Ana sahifa Ödanişlar Köçürmalar Xidmatlar Digar" şəkili ola bilər

AzPost.az

Post navigation

Previous: Azərbaycanda “Starlink”in istifadə edildiyi sahələr açıqlanıb
Next: Prezident Tərtər elektromexanika zavodunun açılışında iştirak edib

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.