Ölkəyə samovar gətirmək istəyən şəxs geri qaytarıldı

Estoniya hakimiyyəti samovar gətirən İsrail vətəndaşının ölkəyə girişinə icazə verməyib. AzPost xəbər verir ki, bu barədə Estoniyanın ERR portalı ölkənin Vergi və Gömrük Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, yanvarın 6-da 25 yaşlı İsrail vətəndaşı Narva keçid məntəqəsində Estoniya ərazisinə daxil olmaq istəyib. O, sərhədi “yaşıl dəhliz”lə keçməyə cəhd etsə də, gömrük əməkdaşları tərəfindən əlavə yoxlamaya cəlb olunub. Yoxlama zamanı onun baqajında samovar aşkar edilib.

Estoniya gömrük orqanları bu əşyanın sanksiyalar siyahısına daxil olduğunu əsas gətirərək, israilli vətəndaşın ölkəyə buraxılmaması barədə qərar verib. Rəsmi qurumların mövqeyinə görə, aşkar olunan samovar mövcud sanksiya tələblərinə zidd hesab olunub.

Nəticədə xarici vətəndaşa xəbərdarlıq edilib və o, Estoniya ərazisinə buraxılmadan geri – Rusiya istiqamətində qaytarılıb. Hadisə sosial şəbəkələrdə və mediada maraq doğurub və sanksiyaların tətbiqi ilə bağlı müzakirələrə səbəb olub.

Estoniya tərəfi isə gömrük nəzarətinin və sanksiya rejiminin bütün xarici vətəndaşlara eyni qaydada tətbiq edildiyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.