Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Fransada fermerlər etiraza başladı

Orkhan Ali 13 Yanvar 2026 - 12:51 (Last updated: 13 Yanvar 2026 - 12:17)
1

Fransada fermerlər Avropa İttifaqı ilə Cənubi Amerikanın “Merkosur” ticarət bloku arasında bağlanması planlaşdırılan azad ticarət sazişinə qarşı kütləvi etiraz aksiyası keçiriblər. AzPost xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, yüzlərlə fransız fermer traktorlarla Parisin mərkəzinə daxil olaraq bayraqlar və plakatlarla Dvorets İnvalidov istiqamətində yürüş ediblər. Aksiya zamanı traktorların səs siqnalları ilə paytaxtda nəqliyyatın hərəkəti çətinləşib. Fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə yenidən baxılmasını və sözügedən sazişin dayandırılmasını tələb ediblər.

Etirazların əsas səbəbi Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin yanvarın 17-də Paraqvaya səfər edərək Avropa Parlamenti səsverməsi keçirilmədən sazişi imzalamağa hazırlaşmasıdır. Fransız və digər Avropa ölkələrinin fermerləri hesab edirlər ki, bu addım kənd təsərrüfatı sektorunda ciddi problemlərə yol aça bilər.

Aqrarlar bildirirlər ki, Mərkosur ölkələrindən Avropa bazarına daxil olacaq ucuz kənd təsərrüfatı məhsulları yerli istehsalçıların satışını azalda bilər. Onların fikrincə, Cənubi Amerika ölkələrində ekoloji və sanitariya tələbləri Avropa standartlarından daha zəifdir və bu da “ədalətsiz rəqabət” yaradır.

Qeyd edək ki, böhran xüsusilə 2024-cü ilin dekabrında Ursula fon der Lyayenin Montevideoda 700 milyondan çox istehlakçını əhatə edən, dünyanın ən iri azad ticarət zonalarından birinin yaradılmasına dair razılaşmanı imzalamasından sonra daha da dərinləşib. Fermerlər bu razılaşmanın Avropada kənd təsərrüfatı sektoruna ciddi zərbə vuracağından ehtiyat edirlər.

Məlumata görə, Mərkosur birliyinə Argentina, Braziliya, Paraqvay, Uruqvay və Boliviya daxildir. Təşkilat 1991-ci ildə yaradılıb və hazırda Cənubi Amerikanın ümumi daxili məhsulunun böyük hissəsini əhatə edir.

AzPost.az

Post navigation

Previous: Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda yanvar pensiyaları ödənilib
Next: Məşhur türk aktyoru Oktay Kaynarca “narkotik işi” ilə bağlı saxlanılıb

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.