Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ “Havana sindromu” yarada bilən silaha sahib olub

Orkhan Ali 13 Yanvar 2026 - 13:48 (Last updated: 13 Yanvar 2026 - 13:48)
1

ABŞ-ın “Havana sindromu” adlandırılan simptomlara səbəb ola biləcək silaha malik olduğu iddia olunur. AzPost xəbər verir ki, bu barədə amerikalı jurnalist, ABŞ Dövlət Departamentinin və NPR radiosunun keçmiş əməkdaşı Saşa İnqber məlumat yayıb.

Jurnalistin yazdığına görə, ABŞ hökumətinin sərəncamında olan və bir neçə ay əvvəl xüsusi əməliyyat zamanı əldə edildiyi deyilən naməlum qurğu artıq sınaqdan keçirilib və hazırda Pentaqonun nəzarətindədir. İnqber bu iddiaları Substack platformasında paylaşdığı yazısında mənbələrinə istinadən irəli sürüb.

Məlumata əsasən, sosial şəbəkələrdə Venesuela prezidenti Nikolas Maduronun mühafizə xidmətinin guya keçmiş əməkdaşına aid müsahibə yayılıb. Həmin müsahibədə iddia olunur ki, ölkə rəhbərinə qarşı baş vermiş insident zamanı mühafizəçilər naməlum üsulla “fəaliyyətsiz vəziyyətə” salınıb. Bu müsahibənin repostunu Ağ Evin mətbuat katibi Kerolin Levittin də paylaşdığı bildirilir.

İnqber qeyd edir ki, bu məlumatlardan sonra o, öz mənbələri ilə əlaqə saxlayıb və onlardan bəziləri ABŞ hökumətinin “Havana sindromu”na səbəb ola bilən qurğuya malik olduğunu təsdiqləyib. Başqa bir mənbənin fikrincə isə, sözügedən cihaz xüsusi əməliyyat zamanı ələ keçirilməyib, sadəcə satın alınıb.

Xatırladaq ki, “Havana sindromu” adlanan vəziyyət başgicəllənmə, ürəkbulanma, baş ağrıları və eşitmə problemləri ilə müşayiət olunur. Bu simptomlar ilk dəfə 2016–2017-ci illərdə Kubada çalışan ABŞ diplomatlarında müşahidə edilib. Daha sonra oxşar hallar 2018-ci ildə Çində, eləcə də Avstriya, Afrika ölkələri, Tacikistan və Rusiyada qeydə alınıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün açıqlamasına görə, bu sindromdan yüzlərlə amerikalı diplomat və dövlət qulluqçusu zərər çəkib. Rəsmi Vaşinqton isə indiyədək “Havana sindromu”nun dəqiq səbəbi ilə bağlı birmənalı mövqe ortaya qoymayıb.

AzPost.az

Post navigation

Previous: Prezident Tərtər elektromexanika zavodunun açılışında iştirak edib
Next: Ukraynaya ayrılan 90 milyard avro Avropa Birliyini iki yerə bölüb

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.