ABŞ Rusiya da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün viza prosedurunu dayandırır.
AzPost-un məlumatına görə, Fox News bu barədə Dövlət Departamentinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, nazirlik Somali, Rusiya, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tayland, Yəmən və digərləri də daxil olmaqla 75 ölkənin vətəndaşları üçün viza prosedurunu dayandıracaq.
Yeni qayda 21 yanvar tarixində qeyri-müəyyən müddətə qüvvəyə minəcək. Dövlət Departamentinin sözçüsü Tommi Piqqot bildirib ki, məhdudiyyət nazirlik sosial təminat və dövlət müavinətləri alacaq xarici vətəndaşların ölkəyə daxil olmasının qarşısını almaq üçün immiqrasiya prosedurlarını nəzərdən keçirənə qədər qüvvədə qalacaq.