Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“X xəstəliyi” 2026-cı ildə yeni pandemiyaya səbəb ola bilər

Orkhan Ali 16 Yanvar 2026 - 10:00 (Last updated: 16 Yanvar 2026 - 09:56)
pandemiya

2026-cı ildə dünyanı yeni miqyaslı pandemiya təhlükəsi gözləyə bilər. Daily Star nəşrinin yazdığına görə, bir neçə virusun yayılması nəticəsində elmə hələlik məlum olmayan “X patogeni”nin ortaya çıxma ehtimalı mövcuddur.

AzPost xəbər verir ki, mütəxəssislərin fikrincə, bu risk əsasən əhali arasında peyvəndlənmə səviyyəsinin kəskin azalması və virusların mutasiya qabiliyyətinin artması ilə bağlıdır. Potensial təhlükə yaradan viruslar sırasında meymunçiçəyi, məxmərək, quş qripi və Oropuş qızdırması göstərilir.

Böyük Britaniyanın Sauthempton Universitetinin qlobal səhiyyə üzrə tədqiqatçısı Maykl Hed bildirib ki, hazırda bu infeksiyalar üzrə dünyanın müxtəlif bölgələrində yoluxma hallarında artım müşahidə olunur. Onun sözlərinə görə, xüsusilə meymunçiçəyi virusu artıq nadir haldan çıxaraq bir çox ölkədə yayılıb və yeni ştammlar meydana gəlir.

Ekspertlər eyni zamanda məxmərəyin də geri qayıda biləcəyindən narahatdırlar. Bildirilir ki, qızılca, epidemik parotit və məxmərəyə qarşı qoruma təmin edən MMR peyvəndindən istifadə son 15 ilin ən aşağı səviyyəsinə enib.

Qlazqo Universitetinin molekulyar və hüceyrə virologiyası üzrə professoru Ed Hatçinson isə quş qripi virusunun (H5N1) yüksək mutasiya qabiliyyətinə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, virus artıq quşlardan məməlilərə, o cümlədən iribuynuzlu heyvanlara keçə bilir və bu da yoluxma riskini artırır.

Mütəxəssislər diqqətə çatdırırlar ki, Oropuş virusu da risk mənbəyi olaraq qalır. Bu virus əsasən yoluxmuş xırda qanadsoran həşəratların dişləməsi ilə ötürülür və Şimali və Cənubi Amerikada yayılma arealını genişləndirə bilər.

Materialda vurğulanır ki, sadalanan infeksiyaların hər biri nəzəri olaraq yeni və naməlum “X virusu”nun yaranmasına zəmin yarada bilər. Bu isə qlobal səhiyyə sistemi üçün ciddi çağırış hesab olunur.

AzPost.az

Post navigation

Previous: Dələduzlar yeniyetməni aldadaraq evdən çıxarıb
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 03 Noyabr 2026 - 09:24
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Noyabrın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...
Read more about Bu günə olan valyuta məzənnələri
İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar” Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.